26.05.2023
26 may 2023-cü il tarixində Ağstafa Hüseyn Arif Ev Muzeyi, Tarix-Diyarşünaslıq Muzeyi və rayon 1 saylı Folklor klubunun birgə təşkilatçılığı ilə 28 May - Müstəqillik Günü ilə bağlı "Dünyaya bəyan edilmiş Azərbaycan müstəqilliyi" adlı dəyirmi masa ətrafında məruzə təşkil edilib.
Ağstafa rayon 2 saylı tam orta məktəb şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə çıxışlar zamanı qeyd edilib ki, 28 May-Müstəqillik günü hər bir azərbaycanlının iftixar hissi keçirdiyi, qürur duyduğu bir gündür. Bu tarix xalqımızın şüuruna qızıl hərflərlə yazılmış, böyük və əlamətdar hadisə kimi yaddaşımıza həkk olunmuşdur. Düz 104 il bundan əvvəl qurulan Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyəti dövründə öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirmişdir.