Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Kitabxana siyasətinin formalaşmasında Heydər Əliyev ideyaları”

26.05.2023

Mayın 26-da “Heydər Əliyev ili” çərçivəsində Qazax rayon Heydər Əliyev Mərkəzinin və Qazax Rayon MKS-nin birgə təşkilatçılığı ilə “Kitabxana siyasətinin formalaşmasında Heydər Əliyev ideyaları” mövzusunda tədbir keçirilib. 

Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Ceyhunə Hüseynova Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin mədəniyyət sahəsində yorulmaz fəaliyyətindən, Azərbaycan mədəniyyətinə, incəsənətinə olan böyük qayğısından bəhs edib və bildirib ki, Azərbaycan xalqı özünün tarixi, maddi mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyətinə malik bir xalq kimi artıq bütün dünyada tanınır. 

Qazax MKS-nin direktor vəzifəsini müvəqqəti icra edən Fəridə Xudiyeva çıxış edərək Ümummilli lider Heydər Əliyevin kitabxana işinə qayğısından bəhs edib və bildirib ki, Azərbaycan xalqının həyatında müstəsna xidmətlərə malik olan Dahi şəxsiyyət Heydər Əliyevin adı Azərbaycan xalqınının mədəni və mənəvi həyatındakı əvəzolunmaz işləri Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunmuşdur. 

Tədbirin sonunda “Ümummilli lider Heydər Əliyev və Azərbaycan mədəniyyəti - 100” adlı sərgiyə baxış keçirilib.