26.05.2023
Mayın 26-da Tovuz rayon Qovlar şəhər Uşaq Musiqi Məktəbində 28 May - Müstəqillik Günü ilə bağlı "28 May - Milli Qürur günümüz" adlı tədbir təşkil olunub. Çıxış edən məktəbin direktoru Vəfa Kərimova qeyd edib ki, 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitutsiya Aktı qəbul olunmuşdur .Beləliklə Azərbaycan xalqı 1991-ci il oktyabrın 18- də müstəqilliyini bərpa etmişdir. Azərbaycan xalqı üçüncü ildir ki, 28 May- Müstəqillik gününü qalib xalq kimi qarşılayır. Bu əziz bayram erməni işğalından azad edilən torpaqlarda da qeyd olunur.