26.05.2023
26 may 2023-cü il tarixində Ağstafa rayon Mədəniyyət Mərkəzi, rayon MKS və Tarix-Diyarşunaslıq Muzeyinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbirlər planı çərçivəsində "Heydər Əliyev Dövlət Sərhəd Xidmətinin yaradıcısıdır" adlı tədbir keçirilib.
Tədbirdə çıxış edənlər yaradıcısı Ulu Öndər Heydər Əliyev olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ötən dövr ərzində sürətlə inkişaf edərək ölkəmizin sərhədlərini ən yüksək standartlar səviyyəsində mühafizə etməyə qadir hərbi quruma çevrildiyini bildiriblər. Qeyd olunub ki, bu inkişafın təməlində Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müvəffəqiyyətlə həyata keçirilir.