Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Uşaqları qoruyaq”

22.05.2023

22 may 2023-cü il tarixində Ağstafa rayon Mədəniyyət Mərkəzində Uşaq Strateqiyası Dövlət proqramı ilə əlaqədar olaraq "Uşaqları qoruyaq" adlı maarifləndirici məruzə təşkil olunub. Yeniyetmə və gənclərin iştirak etdiyi tədbirdə çıxış edənlər strategiyanın əsas məqsədi Azərbaycan Respublikasında uşaqların müdafiə sistemini Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə və BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyası”nın prinsiplərinə tam uyğunlaşdırmaqdan, Azərbaycan Respublikasının ərazisində bütün uşaqlar üçün bərabər imkanlar yaratmaqdan onların maraqlarını qorumaqdan, dövlət qayğısına ehtiyacı olan uşaqların hüquqlarını daha səmərəli müdafiə etməkdən və onlar üçün müasir tələblərə uyğun sosial dəstək xidmətlərini təmin etməkdən ibarət olduğunu bildirdilər.