23.05.2023
24 may 2023-cü il tarixində Ağstafa rayon Mərkəzi Kitabxanasında M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının fəaliyyətə başlamasının 100 illiyinə həsr olunmuş “Milli Kitabxana - tükənməz sərvətlər məkanı” adlı tədbir keçirilib.
Tədbirdə fəal oxucular və kitabxana əməkdaşları iştirak edib. Azərbaycan elminin inkişafında, milli mətbuatımızın və bəşəri məlumatların toplayıcısı olan kitabları mənəviyyat xəzinəsi kimi qoruyub saxlayan Azərbaycan Milli Kitabxanasının yaradılması, kitabxananın şöbələri və funksiyaları, onun ölkənimizin bütün kitabxanaları üçün elmi metodik mərkəz kimi fəaliyyəti hər bir Azərbaycanlının gözü önündədir.Kitaba, kitabxanaya göstərilən qayğı tariximuzə, mədəniyyətimuzə və mənəviyyətimuzə verilən qiymətdir.
Kitabxananın fəal oxucuları və məktəbli şagirdlər Mərkəzi kitabxananın fondundan bəhrələndiklərini, onlara göstərilən xidmətdən razı qaldıqlarını bildiriblər.