Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazaxda ”Heydər Əliyev ili ” çərçivəsində şairlərlə görüş keçirildi

23.05.2023

23 may 2023-cü il tarixdə Qazax rayon Mədəniyyət Mərkəzində Qazax Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibəti ilə "Mədəniyyətə bağlı ömür" adlı ədəbi- bədii gecə keçirilib. Tədbirdə şairlər, yaradıcı şəxslər, saz-söz ustaları, mədəniyyət işçiləri iştirak ediblər. 

Tədbirdən əvvəl iştirakçılar və qonaqlar Mərkəzi kitabxananın təşkil etdiyi Ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən kitab sərgisinə baxış keçiriblər.

Tədbirin aparıcısı Ürkməzli kənd sənətkarlıq evinin müdiri, şairə Gülsənəm Cəlilova tədbiri öz şeirləri ilə açıb. Tədbirdə çıxış edənlər Ulu Öndərlə bağlı xatirələrindən, dahi şəxsiyyətlə olan görüşlərindən, onun Azərbaycan mədəniyyətinə olan töhfələrindən, danışıblar. Şairlər və mədəniyyət işçiləri dahi rəhbərə həsr etdikləri şeirlərini söyləyiblər.