Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Uşaqlar sabaha olan ümidimizdir”

17.05.2023

Mayın 17-də Tovuz rayon Qovlar şəhər Uşaq Musiqi Məktəbində Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün fəaliyyət Planı"nın icrasına uyğun olaraq "Uşaqlar sabaha olan ümidimizdir" adlı tədbir təşkil olunub. 

İlk öncə məktəbin direktoru Vəfa Kərimova çıxışında qeyd edib ki, uşaqların hüquqlarını qorumaq, onların qayğısına qalmaq onları zərərli vərdişlərdən uzaq tutmaq vacib məsələlərdən biridir. Bu mövzu ilə bağlı Cənab prezident İlham Əliyev də bu istiqqmətdə müvafiq sərəncamlar verir daim nəzarətdə saxlayır. Uşaqlara qayğı göstərmək hər bir kəsin mənəvi borcudur. Gələcəyimiz olan bu uşaqları daim qorumalıyıq.