19.05.2023
19 may 2023-cü il tarixində Tovuz Tarix-Diyarşünaslıq Muzeyində "Sağlam gələcəyimizi birlikdə düşünək" mövzusunda tədbir keçirilib.
Tədbirdə M. Əliyev adına Yuxarı Öysüzlü kənd tam orta məktəbinin müəllim və şagird kollektivi və din xadimi Hüseynov Həmid İsa oğlu da iştirak edib.
Tədbirdə çıxış edən muzeyin direktoru Günel Qasımova və M. Əliyev adına Yuxarı Öysüzlü kənd tam orta məktəbinin direktoru Elşən Musayev şagirdlərə və digər iştirakçılara sağlam gələcəyin qurulması üçün faydalı olan addımlardan danışdılar.
Daha sonra ekspozisiyada yerləşdirilən mədəni irs nümunələri ilə yaxından tanış oldular.