18.05.2023
Mayın 18-də Tovuz rayon Aşıq Ə.Cəfərov adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Qovlar şəhər Folklor evində “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın icrası ilə bağlı "Vətənimin çiçəkləri" adlı tədbir keçirilib.
Tədbirdə Orxan Cabbarov adına Qovlar şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyanın şagirdləri və mədəniyyət işçiləri iştirak edib.
Çıxışçılar tərəfindən cəmiyyəti ən çox narahat edən problemlərdən biri olan uşaqlara qarşı zorakılıq yaradan səbəblər, zorakılığa məruz qalmış uşaqlara yardım, şiddətin heç bir növünün düzgün tərbiyə metodu olmadığı, əksinə cəmiyyətə qarşı nifrətin başlanğıcı olması, zorakılığın uşaqlarda yaratdığı travmalar, psixoloji problemlər, eləcə də zorakılıq növlərindən biri olan bullinq, onun növləri və formaları haqqında iştirakçılara geniş məlumat verilib.
Tədbir konsert proqramı ilə davam etdirilib.