18.05.2023
18 May 2023-cü ildə Qazax M.P. Vaqif və M.V. Vidadinin Xatirə Muzeyinin təşkilatçılığı və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin dəstəyi ilə 18 May - Beynəlxalq Muzeylər Gününə həsr olunmuş "Muzeylər qiymətli xəzinəmizdir" adlı tədbir keçirilib.
Tədbirdə Ağstafa Regional Mədəniyyət İdarəsi Qazax rayon üzrə nümayəndəsi V.Vəliyev, MİHİ Qazax rayon Komitəsinin sədri İ.Qurbanov, 1 saylı musiqi məktəbinin və S. Əfəndiyev adına 1saylı orta məktəbin şagirdləri, Qazax rayon Gənclər və İdman idarəsi, Mədəniyyət müəssisəlıri, Qazax rayon Sosial İqtisad Kolleci və eyni zamanda Şair Bilal Qoca, Asimə Hüseyin, Tamella Poladlı iştirak ediblər.