18.05.2023
18 May 2023-cü il tarixində Tovuz Tarix-Diyarşünaslıq Muzeyində 18 May - Beynəlxalq muzeylər günü ilə əlaqədar olaraq tədbir keçirildi, ekskursiya təşkil olundu və həmçinin açıq havada sərgi nümayiş olundu.
Tədbir zamanı muzey əməkdaşları ilə birlikdə məktəblilər də iştirak etdilər. Tədbirdə çıxış edən muzeyin direktoru Günel Qasımova öz çıxışında 18 May Beynəlxalq muzeylər günü ilə əlaqədar muzeylərin yaranma tarixi, eksponatlar və.s haqında ətraflı məlumat verdi.
Daha sonra şagirdlər muzeydə qorunub saxlanılan mədəni irs nümunələri ilə yaxından tanış oldular. Bələdçilər tərəfindən ətraflı şəkildə izah olundu. Həmçinin açıq səma altında nümayiş olunan eksponatlar haqqında ətraflı məlumatlar verildi.