Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Dünyanın bəzəyi uşaqlar”

16.05.2023

16 may 2023-cü il tarixində Qazax M.P. Vaqif və M.V. Vidadinin Xatirə Muzeyində "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı"nın təsdiq edilməsi ilə əlaqədar olaraq "Dünyanın bəzəyi uşaqlar" adlı tədbir keçirilib. Tədbirdə Qazax şəhər S.Əfəndiyev adına 1 saylı orta məktəbin şagirdləri iştirak edib.

Tədbirdə qeyd olunub ki, Fəaliyyət Planı yerli səviyyədə uşaqların müdafiə sistemini gücləndirməklə, ölkə üzrə uşaqları müdafiə mexanizminin təkmilləşdirilməsi və genişləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.