15.05.2023
15 may 2023-cü il tarixində Ağstafa rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Beynəlxalq Ailə Gününə həsr olunmuş "Ailə milli-mənəvi dəyərlərin daşıyıcısıdır" başlıqlı tədbir keçirilib.
Bir qrup universitet tələbəsi, fəal oxucu və mədəniyyət işçilərinin iştirak etdiyi tədbirdə 15 may Beynəlxalq Ailə Gününün BMT Baş Assambleyasının qərarı ilə 1994-cü ildən etibarən hər il dünyada və eləcə də ölkəmizdə geniş qeyd edildiyi haqqında ümumi məlumat verilib. Azərbaycanda ailənin rifahının yaxşılaşdırılması və möhkəmləndirilməsi istiqamətində mühüm dövlət proqramları hazırlanır və uğurla inkişaf etdirilir.