Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Ölkəmizin gələcəyidir uşaqlar!”

15.05.2023

15 may tarixində Tovuz rayon Düz Qırıqlı kənd Uşaq Musiqi Məktəbində Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün fəaliyyət planı”nın icrasına uyğun olaraq, “Ölkəmizin gələcəyidir uşaqlar!” mövzusunda maarifləndirici tədbir keçirilib. Şagirdlərin iştirakı ilə keçirilən tədbirdə məktəbin müəllimləri mövzu ətrafında geniş çıxış edib, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu istiqamətdə müvafiq sərəncamını dövlətimizin uşaq sahəsində, xüsusən də uşaq hüquqlarının qorunması sahəsində mexanizmlərinin təkmilləşdirilməsinə xidmət etdiyini qeyd etmişdirlər. Çıxışlarda həmçinin, uşaqların hüquq və vəzifələri, onların zərərli vərdişlərdən çəkinməsi, təhsildən yayınma hallarının yolverilməz olduğu və s. məsələlər şagirdlərin diqqətinə çatdırılıb.