Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuzda ”Daş Abidə kompozisiya”sı ziyarət olunub

06.05.2023

Mayın 6-da Tovuz rayon Aşıq Ə.Cəfərov adına Mədəniyyət Mərkəzi və Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin əməkdaşları böyük qürur və fəxarət hissi ilə "Qəhrəman Babalar"ımızın xatirəsini əziz tutaraq,onların Faşizm üzərində qələbəsinin 78- ci ildönümü ərəfəsində " Bizlərə Örnək Qəhrəmanlıq!" adlı Tovuz şəhər Qəhrəmanlar Parkına yürüş təşkil ediblər. Tovuz şəhər Qəhrəmanlar Parkı adlanan məkanda yerləşən II-Dünya Müharibəsinə(1941-1945)həsr olunmuş "Daş Abidə kompozisiya"nı ziyarət edərək,tər çiçəklər düzüb,təzim ediblər.Yürüş zamanı yol üstü Sovet İttifaqı qəhrəmanı Yusif Sadıqovun zamanında yaşadığı ocağı da ziyarət ediblər.