Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Azərbaycan Böyük Vətən Müharibəsi dövründə”

08.05.2023

8 May 2023-cü il tarixdə E. Hüseynov adına Mərkəzi kitabxana Oxu zalında 9 May faşızm üzərində Qələbə Gününə həsr olunmuş “Azərbaycan Böyük Vətən Müharibəsi dövründə” adlı sərgi təşkil edib. Müxtəlif yaş qrupuna aid oxucular mövzuya həsr olunmuş materiallarla yaxından tanış olublar. Sərgi ətrafında oxucularla söhbət zamanı Azərbaycanın həm cəbhə bölgəsində döyüş xarüqələri yaradan qəhrəman oğulları, həm də arxa cəbhədə fədakarlıq göstərən həmvətənlərimiz haqqında ətraflı məlumatlar verilib, bu Qələbənin qazanılmasında xalqımızın mühüm rolu olduğundan bəhs edilib. Belə ki, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanov, uzaq Adriatik sahillərində yenilməz qəhrəmanlıqlar göstərən “Mixaylo” ləqəbli Mehdi Hüseynzadə, həmyerlimiz Müseyib Allahverdiyev və bir çox qəhrəmanlarımızın göstərdikləri şücaətlər haqqında ətraflı məlumatlar verilib, 44 günlük Vətən müharibəsində Qələbə çalan igidlərimizin həmin nəslin davamçıları olduğu qeyd edilib.