Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sovet İttifaqı Qəhrəmanı Müseyib Allahverdiyevin büstü ziyarət edildi

08.05.2023

8 may 2023-cü il tarixində Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşları 9 May - faşizm üzərində qələbənin 78-ci ildönümü ilə əlaqədar olaraq Sovet İttifaqı Qəhrəmanı Müseyib Allahverdiyevin büstünü ziyarət etdilər.

Bəşər tarixinin ən qanlı savaşı olan İkinci Dünya müharibəsində faşizm üzərində 78 il keçir.  

İkinci Dünya müharibəsinin veteranlarını xalqımız böyük hörmətlə xatırlayır və həlak olan soydaşlarımızın xatirəsi ehtiramla yad edir. Dövlətimiz tərəfindən veteranlara xüsusi diqqət və qayğı göstərilir. Ulu öndər Heydər Əliyev 1993-cü ildə Azərbaycana hakimiyyətə qayıdandan sonra müharibə veteranlarının hüquqlarını bərpa etdi. Ümummilli Lider onları “Xalqımızın qızıl fondu” adlandırırdı. Prezident İlham Əliyev də müharibə veteranlarının sosial problemlərinin həlli istiqamətində daim mühüm addımlar atır.