10.05.2023
Tovuz şəhər Aşıq Əsəd Rzayev adına Uşaq Musiqi Məktəbində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı "Dahi şəxsiyyət" başlıqlı tədbir keçirilib. Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən,Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıblar.
Əminliklə bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz çox böyük uğurlara imza atmış və bundan sonra da artacaqdır.