Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Faşizm üzərində böyük qələbə”

08.05.2023

8 may 2023-cü il tarixində Qazax şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbində 9 may - faşizim üzərində qələbə günü ilə əlaqədar "Faşizm üzərində böyük qələbə" adlı dəyirmi masa keçirildi.

 Tədbirdə məktəbin direktor v.m.i.e R.Lətifova İkinci Dünya müharibəsinin sovet-alman cəbhəsində qazanılmış tarixi Qələbədən söz açaraq bu qələbənin qazanılmasında Azərbaycan xalqının, əhalisinin misilsiz xidmətləri olduğunu diqqətə çatdırdı. Tədbirdə çıxış edənlər müharibə iştirakçılarına daim yüksək diqqət və qayğı göstərildiyini qeyd edərək ümummilli liderimiz Heydər Əliyevin bu siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 1941-1945-ci illər müharibəsi iştirakçılarına, arxa cəbhə veteranlarına xüsusi diqqət və qayğı göstərdiyini bildirdilər.