Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Ulu Öndər Heydər Əliyev- Böyük tarixi şəxsiyyətdir”

08.05.2023

8 May 2023-cü il tarixində Qazax rayon M.P.Vaqif və M.V. Vidadinin Xatirə Muzeyində Ümumilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq "Ulu Öndər Heydər Əliyev- Böyük tarixi şəxsiyyətdir" adlı tədbir keçirilib. Tədbirdə Qazax şəhər S. Əfəndiyev adına 1 saylı orta məktəbin 8 və 9-cü sinif şagirdləri iştirak ediblər.  

Tədbirdə Muzeyin direktoru Məhruzə Hüseynova çıxışında qeyd edib ki, Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir.