08.05.2023
Mayın 8-də Tovuz rayon Aşıq Ə. Cəfərov adına Mədəniyyət Mərkəzinin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı təşkil etdiyi silsilə tədbirlərdən olan "Parlaq zəka olan yerdə Vətən laləzar olar" adlı geniş formatda tədbir Abulbəyli kənd folklor evində və Dönük Qırıqlı kənd diyarşünaslıq evində tamaşaçılara təqdim olunub. Geniş və rəngarəng repertuara malik olan tədbirə Mərkəzin müxtəlif filial əməkdaşları da cəlb olunub.