Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Tarix yazan Sərkərdə”

10.05.2023

Mayın 10-da Tovuz rayon Qovlar şəhər Uşaq Musiqi Məktəbində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı "Tarix yazan Sərkərdə" adlı tədbir təşkil olunub. İlk öncə çıxış edən məktəbin direktoru Vəfa Kərimova bildirib ki, bu gün Ümummilli Lider müstəqil Azərbaycanın qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafeyini daim önə çəkmiş, ölkəsinin inkişafı üçün əlindən gəlini etmişdir. Daha sonra qeyd edib ki, Heydər Əliyevin zəngin həyat yolu və müstəsna xidmətləri, xalqına sıx bağlılığı hər zaman göz önündə sadiqliyin təcəssümü olmuşdur.Tədbir müəllimlərin çıxışları ilə davam etdirilib.