10.05.2023
Mayın 10-da Tovuz rayon Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin və Tovuz rayon Aşıq Əsəd Rzayev adına Uşaq Musiqi Məktəbinin təşkilatçılığı ilə 10 May – Ümummilli lider Heydər Əliyevin doğum günü ilə əlaqədar "Azərbaycanın sönməz günəşi " mövzusunda tədbir keçirildi.
Tədbirdə çıxış edənlər bildiriblər ki, müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.
Tədbirdə həmçinin Aşıq Əsəd Rzayev adına Uşaq musiqi məktəbinin "Arzular" uşaq xoru Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar şeirlər söyləyib, Ulu Öndərin əziz xatirəsinə həsr olunmuş "Ey Vətən" mahnısını ifa ediblər.