04.05.2023
Mayın 4-də Qazax M.P. Vaqif və M.V. Vidadinin Xatirə Muzeyində 9 May - Qələbə Günü münasibətilə "Hər şey cəbhə üçün, hər şey qələbə üçün" adlı tədbir keçirilib.
Tədbirdə 1 saylı orta məktəbin şagirdləri iştirak ediblər.
Muzeyin direktoru Məhruzə Hüseynova çıxışında qeyd edib ki, Böyük Vətən müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətimizin və hər bir dövlət orqanının, hər bir namuslu Azərbaycan vətəndaşının borcudur.