Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa Dövlət Rəsm Qalereyasında “Heydər Əliyev 100” başlıqlı tədbir-sərgi keçirildi

03.05.2023

3 may 2023-cü il tarixində Ağstafa Dövlət Rəsm Qalereyasında Ağstafa rayon Gənclər və İdman İdarəsi, YAP Ağstafa rayon təşkilatı, Ağstafa şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşlarının, Ağstafa Dövlət Rəsm Qalereyası və rəsm dərnək şagirdlərinin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev 100” başlıqlı tədbir-sərgi keçirildi. Ulu Öndərin və şəhidlərimizin xatirəsi yad edildikdən sonra Ağstafa Dövlət Rəsm Qalereyasının direktoru Gülgün Kərimov, Ağstafa rayon Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, müavini Turan Biləndəroğlu, YAP Ağstafa rayon təşkilatının nümayəndəsi Əfqan Qasımov çıxışlarında müasir Azərbaycanın qurucusu Heydər Əliyevin həyat yolu, uğurlu siyasəti haqqında çıxışlar edərək gənc nəsillərə ötürülməsinin vacibliyini önə çəkiblər. Sonda mövzu ilə bağlı rəsm dərnək üzvlərinin əl işlərinə baxış keçirilib.