Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Sağlam gələcək naminə narkomaniyaya yox deyək!”

02.05.2023

Mayın 2-də Tovuz rayon Mərkəzi Kitabxanasının əməkdaşları A.Qasımov adına Tovuz şəhər tam orta məktəbdə Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizə ilə əlaqədar "Sağlam gələcək naminə narkomaniyaya yox deyək!" mövzusunda dəyirmi masa təşkil edib.

Tədbirdə çıxış edənlər bəşəriyyətin ən ağrılı problemlərindən olan narkomaniyanın yaratdığı cinayətkarlıq, narkotik vasitələrin insan orqanizminə vurduğu zərərli təsir, onun törətdiyi ağır fəsadlar haqqında məlumat veriblər. Eyni zamanda, şagirdlərə yüksək təhsil almaları, idmanla məşğul olmaları, milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda böyümələri, vətənpərvər kimi hər zaman ölkəmizin müdafiəsinə hazır olmalarını tövsiyə ediblər. Çıxışlardan sonra yeniyetmələr arasında cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyanın yaratdığı cinayətkarlıq, narkomanlığa aludəçiliyin fəsadları haqqında fikir mübadilələri aparılıb, yeniyetmələri maraqlandıran suallar cavablandırılıb.