01.05.2023
1 may 2023-cü il tarixində Qazax Tarix-Diyarşünaslıq Muzeyində Ağstafa rayon Eynallı kənd tam orta məktəbin şagirdlərinin iştirakı ilə gənc nəslin mənəvi-əxlaq tərbiyəsi, onlar arasında cinayətkarlığın, narkomaniyanın və digər mənfi meyllərin azaldılması və aradan qaldırılması məqsədilə “Narkomaniya - cəmiyyətin bəlası” mövzusunda dəyirmi masa təşkil edilib. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə keçirilən tədbiri giriş sözü ilə açan muzeyin bələdçisi Arzu Alıyeva bəşəriyyətin ən ağrılı problemlərindən olan narkomaniyanın yaratdığı cinayətkarlıq, narkotik vasitələrin insan orqanizminə vurduğu zərərli təsir, onun törətdiyi ağır fəsadlar haqqında məlumat verib. Çıxışlardan sonra yeniyetmələr arasında cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyanın yaratdığı cinayətkarlıq, narkomanlığa aludəçiliyin fəsadları haqqında fikir mübadilələri aparılıb, şagirdləri maraqlandıran suallar cavablandırılıb.