Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafada “Heydər Əliyev və bütöv Azərbaycan” adlı şeir müsabiqəsi keçirildi

02.05.2023

Mayın 2-də Ağstafa rayon Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar “Heydər Əliyev və bütöv Azərbaycan” adlı şeir müsabiqəsi keçirilib.

 

Müsabiqədə Ağstafa rayon tam orta məktəblərinin V-XI sinif şagirdləri iştirak ediblər.

 

Müsabiqənin keçirilməsində məqsəd həyatını xalqına həsr edən dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan tarixində dərin iz buraxan zəngin fəaliyyətini gənc nəslə aşılamaqdır.

 

Mərkəzin direktoru Ləman Cəlilova Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin misilsiz xidmətlərindən söhbət açıb, iştirakçılara müsabiqə haqqında ətraflı məlumat verib və uğurlar arzulayıb.

 

Müsabiqədə 23 şagird iştirak edib, onlardan 11 nəfəri münsiflər heyəti tərəfindən qiymətləndirilərək final mərhələsinə vəsiqə qazanıb. 

 

Qeyd edək ki, müsabiqənin final mərhələsinin 8 may tarixində keçirilməsi nəzərdə tutulub.