28.04.2023
28 aprel 2023-cü il tarixində Ağstafa rayon MKS, Tarix-Diyarşunaslıq Muzeyi, Ağstafa rayon Mədəniyyət Mərkəzi və Hüseyn Arif Ev Muzeyinin təşkilatçılığı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq "Gələcəyimizi narkomaniyadan qoruyaq" mövzusunda tədbir keçirilib.
Tədbirdə çıxışlar zamanı qeyd olunub ki, bəşəri bəla olan narkomaniya cəmiyyətə, xüsusilə gənclərin inkişafına mənfi təsir göstərir. Bu sosial bəlanın yayılmaması üçün müvafiq dövlət qurumları daim əlaqəli şəkildə fəaliyyət göstərməlidir.