28.04.2023
Aprelin 28-də Ağstafa şəhər Heydər Əliyev Mərkəzində Ağstafa rayon Gənclər və İdman İdarəsinin, Ağstafa şəhər Heydər Əliyev Mərkəzinin və Ağstafa Gənclər Evi Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə akademik Zərifə xanım Əliyevanın anadan olmasının ildönümü ilə əlaqədar "Nəsillərə örnək olan ömür" adlı tədbir keçirilib.
Tədbirdə Ağstafa rayon Gənclər və İdman İdarəsinin rəsi Əziz Məsmalıyev, Ağstafa şəhər Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, Ağstafa Gənclər Evi Sosial Xidmət Müəssisəsinin dərnək rəhbəri Tünzalə Namazova, Ağstafa RMX-nın Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədri Afət Aslanova və Texniki Humanitar Təmayüllü Liseyin müəllimi Xatun Məhərrəmova çıxış edərək qeyd ediblər ki, Ulu Tanrının seçib-dəyərləndirdiyi, elm aləmindəki xidmətləri ilə özünəməxsus nüfuz qazandıran Zərifə xanım Əliyeva şərəfli bir ömür yolu keçmişdir. Vətənini, xalqını dərin məhəbbətlə sevən, elm aləmində dəyərli xidmətləri olan Zərifə xanım Əliyeva 1976-cı ildə “Azərbaycanda kimya sənayesinin bəzi müəssisələrində işçilərin görmə üzvünün vəziyyəti” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Zamanın, dövrün tələbinə uyğun, elm aləmində dəyərli xidmətləri ilə fərqlənən Zərifə xanım Əliyeva Azərbaycan oftalmologiyasının əsl fədaisi olmuşdur. Mənəviyyatca zəngin, müqəddəs həkim qəlbinin döyüntüləri ilə neçə-neçə xəstəyə sağlamlıq bəxş edən Zərifə xanım Əliyava əvəzsiz xidmətlərinin etirafı kimi 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Qeyd olunub ki, elm, zəhmət və fədakarlıq tələb edir. Elmlə məşğul olanlar, bəşəri hisslərlə yaşayanlar isə zamanın ən müdrik insanlarıdır. Mənən zəngin olmaq, şərəfli bir ömür yaşamaq hər insana xas deyil. Xalqımız hər bir qeyrətli və mübariz, vətənpərvər Azərbaycan oğul və qızının əməyinə həmişə hörmət edib və yüksək qiymətləndirib.