28.04.2023
28 aprel 2023-cü il tarixində Qazax rayon Mədəniyyət Mərkəzində Beynəlxalq Rəqs günü münasibəti ilə "Milli rəqslərimiz" adlı tədbir təşkil edilib.
Tədbirdə Mədəniyyət Mərkəzinin "Buta" rəqs qrupunun rəhbəri Sərgül Əliyeva milli rəqslərimizin tarixindən, həmin rəqsləri ifa edən tanınmış rəqqaslardan, eyni zamanda həmyerlimiz, tanınmış rəqqasə Əminə Dilbazinin Azərbaycan mədəniyyətində və incəsənətində olan xüsusi xidmətlərindən danışıb.
Sonda "Buta " rəqs qrupunun üzvlərinin ifasında milli rəqslərimiz ifa edilib.