26.04.2023
Aprelin 26-da Qazax rayon Heydər Əliyev Mərkəzinin və “Qazax Müalicə Diaqnostika Mərkəzi” Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə Akademik Zərifə Əliyevanın 100 illik yubileyi ilə əlaqədar “Azərbaycan tibb elminin əbədi nur obrazı - Zərifə Əliyeva” adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə “Qazax Müalicə Diaqnostika Mərkəzi” Publik Hüquqi Şəxsin direktoru Kamandar İbrahimov açaraq Azərbaycan tibb elmində xüsusi xidmətləri olan akademik Zərifə Əliyevanın keçdiyi zəngin və şərəfli ömür yolundan danışdı
Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova görkəmli alim Zərifə xanım Əliyevanı fədakar ana, yüksək intellekt və mədəniyyətə sahib ziyalı , qayğıkeş həkim, nəcib və insanpərvər Azərbaycan qadını kimi xarakterizə edib
Həkim- terapeft Elxan Bayramov, İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis Günel Bəxtiyarlı çıxış edərək Zərifə xanım Əliyevanın tibb elmində müstəsna xidmətlərindən, eyni zamanda həkim kadrların formalaşması, həkimlərin peşəkar bacarıqlarının artırılması istiqamətində böyük işlər görməsindən danışıblar.