Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Zəfərimizin başlanğıcı”

04.04.2023

4 aprel 2023-cü il tarixində Qazax rayon M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyinin əməkdaşları şair Bilal Qoca ilə birlikdə "Zəfərimizin başlanğıcı" adı altında Şəhid Orucov Mühüd Qurban oğlunun adına inşa edilmiş bulağın qarşısında tədbir keçirərək şəhidi yad ediblər. 

Şəhidin haqqında Muzeyin direktoru Məhruzə Hüseynova və şair Bilal Qoca ətraflı danışaraq qeyd ediblər ki,

Mühüd Qurban oğlu Orucov 13 iyul 1984-cü ildə Qazax rayonunun Fərəhli kəndində anadan olub.

Mühüd Qurban oğlu Orucov zabit kimi xidməti dövründə – “Hərbi xidmətdə fərqlənməyə görə” II dərəcəli medal, “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medal, “Qüsursuz xidmətə görə” III dərəcəli medal, “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi yubiley medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı ilə təltif edilib.

2016-ci il aprelin 2-dən 3-nə keçən gecə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən qızğın döyüşlərdə “Talış yüksəkliyi”ndə qəhrəmancasına şəhid olmuşdur. 9 aprel tarixində Fərəhli kənd qəbiristanlığında dəfn edilmişdir.

Ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib və mayor rütbəsi verilmişdir.