Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları ”Zəfərə gedən yol” mövzusunda tədbir keçirdi

04.04.2023

4 aprel 2023-cü il tarixində Qazax Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları Aprel hadisələri ilə bağlı Qazax şəhər Səlim Əfəndiyev adlı 1 nömrəli orta məktəbində "Zəfərə gedən yol" mövzusunda tədbir keçirdilər.

Tədbirdə muzeyin əməkdaşları şagirdlərə məlumat verərək qeyd ediblər ki, Aprel döyüşləri tariximizin şanlı səhifəsi, milli qürur salnaməmiz və gələcək qələbələrin çarçısı oldu. 2016 - cı ilin Aprel döyüşləri bütün dünyaya Azərbaycan ordusunun gücünü, qüdrətinin, qələbə əzmini göstərdi.