Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuz Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları ”Böyük zəfərin başlanğıcı” mövzusunda tədbir keçirdilər

04.04.2023

4 aprel 2023-cü il tarixində Tovuz Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları Aprel döyüşləri ilə bağlı olaraq Tovuz rayon M.Məmmədov adına Yuxarı Öysüzlü kənd tam orta məktəbində "Böyük zəfərin başlanğıcı" mövzusunda tədbir keçirdilər. 

 Tədbir zamanı çıxış edən muzey əməkdaşları 2-4 Aprel hadisələri ilə bağlı şagirdlərə məlumat verdilər. 2020-ci ildə qazanılmış olan zəfərin bir bünövrəsinin də Aprel hadisələrinin olduğu qeyd olundu.

 Daha sonra şagirdlərlə vətənpərvərlik ruhunda danışıqlar aparıldı. Onların da düşüncələrinə, fikirlərinə diqqət olundu. 

 Aprel hadisələri zamanı verdiyimiz itkilər, mənfur düşmənlərin verdiyi itkilər və işğaldan azad etdiyimiz Lələtəpə yüksəkliyi haqqında məlumatlar şagirdlərin diqqətinə çatdırıldı.