19.04.2023
19 aprel 2023-cü il tarixində Qazax rayon M. P. Vaqif və M.V.Vidadinin Xatirə Muzeyində "Heydər Əliyev - milyonların sevgi ünvanı" adlı tədbir keçirilib. Tədbirdə Qazax Dövlət Sosial-iqtisad Kollecinin tələbələri iştirak ediblər.
Muzeyin direktoru Məhruzə Hüseynova
çıxışında qeyd edib ki, Ulu Öndərimiz Azərbaycan gənclərinə xitabən deyirdi ki, sizin qarşınızda çox böyük vəzifələr durur, qarşınızda çox böyük yol var, o yolu hər biriniz keçməlisiniz. Bu yol müstəqil Azərbaycanın gələcəyi yoludur. Heydər Əliyev hər bir Azərbaycan gəncinin həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməli olduğunu daima vurğulayırdı.