Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax Tarix-Diyarşünaslıq Muzeyində tələbələrə ”Zəfər tarixi” dərsi keçirilib

20.04.2023

20 aprel 2023-cü il tarixində Qazax Dövlət Sosial İqtisadi Kollecinin tələbələrinə Tarix-Diyarşünaslıq Muzeyində "Zəfər tarixi" dərsi keçirilib. Dərs I və II Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş "Şəhidlər ölməz, Vətən bölünməz" adlı guşənin önündə keçirilib. 

Dərs zamanı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun düşmən üzərində qazandığı Qələbənin böyük tarixi-siyasi əhəmiyyətindən danışılıb.