15.04.2023
15 aprel 2023-cü il tarixində Tovuz rayon Aşıq Əsəd Rzayev adına Uşaq Musiqi Məktəbində "Narkomaniya əsrin bəlasıdır" başlıqlı maarifləndirici dəyirmi masa təşkil edilib.
Şagirdlərə və müəllimlərə gənc və yeniyetmələr arasında ciddi təhlükəyə çevrilən narkomaniya ilə mübarizə metodlarından ətraflı bəhs edildi.
Qeyd edək ki, narkomaniyaya qarşı mübarizə mövzusunda təşkil edilmiş dəyirmi masa Prezident İlham Əliyevin 22 iyul 2019-cu il tarixli sərəncamı ilə Narkotik vasitələrin , psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair təsdiq olunmuş 2019-2024 cü illər üçün "Dövlət proqramı"na uyğun olaraq keçirilib.