15.04.2023
15 aprel 2023-cü il tarixində Tovuz rayon Heydər Əliyev Mərkəzində mədəniyyət müəssisələrinin əməkdaşlarının iştiraki ilə Beynəlxalq Mədəniyyət Gününə həsr olunmuş "Zəngin mədəniyyətin tükənməzdir, Azərbaycan" mövzusunda dəirmi masa təşkil olunub.
Tədbirdə ilk öncə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükütla yad edilib.
Daha sonra tədbirdə çıxış edənlər Azərbaycan mədəniyyətinin tarixi köklərindən, keçmişindən və bugünkü inkişafından söhbət açıblar.