Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon Mədəniyyət Mərkəzində ”Azərbaycan Mədəniyyəti” adlı tədbir keçirildi

15.04.2023

15 aprel 2023-cü il tarixində Qazax rayon Mədəniyyət Mərkəzində Beynəlxalq Mədəniyyət günü münasibəti ilə "Azərbaycan Mədəniyyəti" adlı tədbir keçirilib.

Tədbirdə Mədəniyyət Mərkəzinin ,onun filiallarının və Qazax Dram teatrının işçiləri iştirak ediblər.

Vətənimiz uğrunda həlak olmuş Şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib.

Sonra Mədəniyyət Mərkəzinin metodisti 

Məfrubə Mehdiyeva Mədəniyyətimizin tarixindən və onun insan həyatında əhəmiyyətindən danışıb.

Mədəniyyət Mərkəzinin bədii rəhbəri isə görülən işlərdən və Uşaq İncəsənət Festivalından danışıb. 

Qazax Dram Teatrının işçisi ,1-ci Qarabağ

 müharibəsinin veteranı Məmməd Hacalıyev və 2 saylı diyarşünaslıq klubunun müdiri Ərkinaz Əliyeva da tədbirdə çıxış ediblər.