Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazaxda yaşayan Axısxa türkləri ilə görüş keçirilib

14.04.2023

14 aprel 2023-cü il tarixində Qazax rayon Mədəniyyət Mərkəzi və Qazax rayon MKS-nin təşkilatçılığı ilə Qazax rayonunun Orta Salahlı kəndində məskunlaşmış Axısxa türkləri ilə görüş keçirilib.

 83 yaşlı ağbirçək - Abdullayeva Rəhimə Abdulla qızının evində onu ziyarət edib, Axısxa türklərinin tarixi, mədəniyyəti, onların öz yurd- yuvalarından köçürülməsi haqqında söhbətlər ediblər.

Rəhimə nənənin nəvəsi Bineliyev Süleyman Söhrab oğlu 44 günlük Vətən müharibəsi zamanı Cəbrayıl və Xocavəndin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Qəhrəman igidimiz 3 medalla təltif edilib.