Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazaxda şair Tamella Poladlının yaradıcılıq gecəsi keçirildi

12.04.2023

12 aprel 2023-cü il tarixdə Qazax rayon MKS-nin E. Hüseynov adına Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə şair Tamella Poladlının yaradıcılığına həsr olunmuş “Doğma Azərbaycan öz ünvanımdır: Yönüm Göyçəyə-Göyçəyə” adlı yaradıcılıq gecəsi keçirilib. Müəllifin yaradıcılığının oxuculara tanıdılması, Möhtərəm Prezidentimiz İlham Əliyevin müdrikliklə, qətiyyətlə yürütdüyü Qərbi Azərbaycan, Zəngəzur siyasətinə dəstək məqsədilə keçirilən sazlı-sözlü Görüşdə MİHİ-nin Qazax rayon Komitəsinin sədri İsgəndər Qurbanov, şairin ailə üzvləri, qələm dostları, universitet tələbələri, fəal oxucular və kitabxana əməkdaşları iştirak edib. 

Ilk öncə Vətən torpaqlarının azadlığı uğrunda qurban gedən Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Şəhid bacısı, qələm əhli, kitabxananın əməkdaşı Hicranə Məmmədovanın aparıcılığı ilə keçən Görüşdə çıxış edən MKS-nin direktor vəzifəsini icra edən Fəridə Xudiyeva, İsgəndər Qurbanov, şairlər Bilal Qoca, Gülsənəm Cəlili, Asimə Hüseyn, Tamella Poladlının ailə üzvləri onun sinəsi Vətən, Qərbi Azərbaycanın dilbər guşələri, Göyçə yanğısı ilə dolu olan şairin yaradıcılığından söz açıb, xatirələrini bölüşüb, sazın sehrində şeirlərini dinləyiblər. 

Səbəbkarın, təşkilatçıların və iştirakçıların çox böyük məmnun qaldıqları tədbirin sonunda şair Tamella Poladlı “Qəlbimdə yaşayır o dağlar mənim” adlı kitabını Mərkəzi kitabxanaya təqdim edib.