05.04.2023
5 aprel 2023-cü il tarixdə Ağstafa Dövlət Rəsm Qalereyasında Aprel döyüşlərinə həsr olunmuş “Böyük zəfərin başlanğıcı” başlıqlı tədbir keçirildi. Tədbirdə Birinci Qarabağ müharibəsi veteranları Alı Mansırlı, Afiq Hüseynov, İkinci Qarabağ qazisi Ozan Mustafazadə, YAP-ın Ağstafa rayon Təşkilatının sədr müavini Tağı İmamverdiyev, Əfqan Qasımov, Ə. Hüseynov adına Ağstafa şəhər 1 saylı orta məktəbin direktoru Ramiz Nəsirov və məktəb şagirdləri, Ağstafa Dövlət Rəsm Qalereyası və rəsm dərnək şagirdləri iştirak ediblər. Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbir iştirakçıları mövzu ətrafında çıxış ediblər, müharibə iştirakçıları şagirdlərlə vətənpərvərlik ruhunda söhbətlər apararaq rəsm dərnək şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.