06.04.2023
6 aprel 2023-cü il tarixində XVIII əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi M.P. Vaqifin anadan olmasının 306 illiyi münasibətilə M.P. Vaqif və M.V. Vidadinin Xatirə Muzeyində "Kür qırağının əcəb seyrangahı var" adlı tədbir keçirilib. Tədbirdə şair Bilal Qoca, Tamella Poladlı, Gülsənəm Cəlilli , Asimə Hüseyn və 1 saylı Uşaq Musiqi Məktəbinin şagirdləri iştirak edib.
Tədbiri Muzeyin direktoru Məhruzə Hüseynova açaraq qonaqlara M.P. Vaqifin həyatından ətraflı danışıb.
Sonra Bilal Qoca çıxış edərək qeyd edib ki, Vaqifin poeziyası bədii sənətkarlıq baxımından orijinal və təkrarolunmazdır.
Sonra Tamella Poladlı, Asimə Hüseyn M.P.Vaqif haqqında yazdığı şeirlərini söyləyiblər.
Tədbir şagirdlərin sazda ifası ilə davam etdirilib.