Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuzda “Heydər Əliyev – 100” adlı kitab sərgisi təşkil edildi

05.04.2023

Aprelin 5-də Tovuz rayon Heydər Əliyev meydanında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illiyi ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində Tovuz rayon Heydər Əliyev Mərkəzinin və Tovuz rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə “Heydər Əliyev – 100” adlı kitab sərgisi təşkil edilib. Sərgidə müasir Azərbaycanın qurucusu və memarı, Ulu Öndər Heydər Əliyevin mənalı, zəngin və şərəfli həyat yolunu, çoxşaxəli ictimai-siyasi fəaliyyətini, dövlətçiliyimiz tarixində müstəsna xidmətlərini əks etdirən kitablar nümayiş etdirilib.