Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon Mərkəzi Kitabxanasında “Uşaqları kitabla böyüdək” adlı tədbir keçirildi

01.04.2023

1 aprel 2023-cü il tarixində Qazax rayon E. Hüseynov adına Mərkəzi Kitabxanada 2 aprel - Beynəlxalq Uşaq Kitabı Gününə həsr olunmuş “Uşaqları kitabla böyüdək” adlı sərgi təşkil edilib. Sərgidə “Uşaqları kitabla böyüdək”, “Unutma, hər sirrin açarı kitablardadır”, “Kitab işıq saçar bir günəş kimi” bölmələrdə 70-dən çox uşaq ədəbiyyatı nümunələri nümayiş etdirilib. Sərgidə fəal oxucular, şəhər məktəbliləri iştirak edib. Kitabxana əməkdaşları sərgi iştirakçılarına Beynəlxalq Uşaq Kitabı Gününün yaranma tarixi haqqında ətraflı məlumat verərək bildiriblər ki, bu günü qeyd etməkdə məqsədimiz uşaqların intellektual inkişafında kitabın rolunu artırmaq, kitaba sevgi aşılamaqdır. Gün ərzində davam edən sərgidən 50-dən çox müxtəlif yaş qruplu məktəbli bəhrələnib, sərgi məktəblilər tərəfindən maraqla qarşılanıb. Məktəblilərə öz zövqlərinə uyğun kitab oxumaq tövsiyə olunub.

Həmçinin, Mərkəzi kitabxananın Uşaq şöbəsi nağıl otağında “Uşaqları kitabla böyüdək” adlı nağıl saatı keçirib. Məktəblilər nağıllardan parçalar oxuyub, sevdikləri nağıl qəhrəmanlarından danışıblar.