30.03.2023
30 mart 2023-cü il tarixində Qazax M.P. Vaqif və M.V. Vidadinin Xatirə Muzeyində 31 Mar - Azərbaycanlıların Soyqırım Gününə həsr olunmuş "Soyqırım dəhşətləri" adlı tədbir keçirilib. Tədbirdə S. Əfəndiyev adına 1 saylı orta məktəbin 4b sinif şagirdləri və sinif müəllim8 Əhmədova Gülnar iştirak ediblər.
Muzeyin direktoru Məhruzə Hüseynova öz çıxışında bildirib ki, Mart qırğınları zamanı ermənilər bir çox qədim binaları, tarixi abidələri, o cümlədən ziyarətgahları, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq dağıdıblar. Xəzər dənizində yerləşdirilmiş hərbi donanmanın açdığı atəş nəticəsində Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə alıb. Daşnak silahlı dəstələri karvansarada vəhşicəsinə öldürdükləri insanların meyitlərini elə oradaca yandırıblar.
Sonra sinif müəlliməsi uşaqlara ətraflı məlumat verib.