Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“31 mart soyqırım həqiqətləri”

30.03.2023

30 mart 2023-cü il tarixində Qazax şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “31 mart soyqırım həqiqətləri” mövzusunda dəyirmi masa keçirilib.

 Məktəbin direktoru Ramil Qurbanov tədbiri ulu öndər Heydər Əliyevin “Əsl soyqırım haqqında həqiqətləri real tarixi faktlar əsasında, dəlillərlə müntəzəm surətdə dünya dövlətlərinə və ictimai fikrinə çatdırmaq, bu hadisələrin ilhamçılarını və təşkilatçılarını bəşəriyyətə tanıtdırmaq bizim, indiki nəslin müqəddəs vəzifəsidir” sözləri ilə açıb və 1918-ci ilin qanlı mart-aprel soyqırımı haqqında geniş məlumat verib.