Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“31 Mart Azərbaycanlıların Soyqırımı”

30.03.2023

30 mart 2023-cü il tarixində Ağstafa rayon Mərkəzi Kitabxanası, Tarix-Diyarşünaslıq Muzeyi, Hüseyn Arif Ev Muzeyinin təşkilatçılığı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar olaraq “31 Mart Azərbaycanlıların Soyqırımı” mövzusunda tədbir keçirilib.

Tədbirdə ilk öncə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə çıxışlar zamanı bildirilib ki, 1918-ci ilin yazında Bakı, Şamaxı, Quba, Qarabağ, Lənkəran, Gəncə, Zəngəzur və digər bölgələrdə ermənilər, o cümlədən bolşevik maskası altında çirkin daşnak siyasəti yürüdən Stepan Şaumyan və onun əlaltıları azərbaycanlılara qarşı vəhşiliklər törətmiş, 70 mindən artıq günahsız əhalini xüsusi amansızlıqla qətlə yetirmiş, kəndləri viranəyə çevirib sakinləri yurd-yuvalarından didərgin salmışlar. Erməni silahlı dəstələri Bakı qəzasında 229, Gəncə qəzasında 272, Zəngəzur mahalında 115, Qarabağda isə 157 kəndi yerlə-yeksan etmişlər. 1918-20-ci illərdə daşnaklar Qərbi Azərbaycanda 565 min azərbaycanlını görünməmiş vəhşiliklə qətlə yetirmişlər.